Diaspor rəhbəri: “İsveçdə erməniləri öz silahları ilə vururuq”

İsveçin Malmö şəhərində fəaliyyət göstərən “Vahid Azərbaycan Dərnəyi”nın (VAD) sədri Ayə Coşkunla müsahibə:
- VAD haqqında oxucularımıza məlumat verməyinizi xahiş edirəm.
- Dərnək bir ildir ki, fəaliyyət göstərir və xalqımızın milli mənəvi dəyərlərinin, ölkəmizin malik olduğu potensialı İsveç cəmiyyətinə yaxından tanıtmaq məqsədi ilə ətrafında intellektual bazanı birləşdirən təşkilatdır. Təşkilatımızın bir il fəaliyyət göstərməsinə baxmayaraq, fəallığı ilə seçilir. Təşkilatımızın uğurlu fəaliyyət göstərməsini onunla qeyd edərdim ki, burada təmsil olunan işgüzar və intellektual insanlar quruma təmənnasız və sevgi ilə yanaşırlar. Xüsusilə, bizim cəmiyyətdə fikir birliyi var və vahidliyin olması təşkilatımızın gücünü artırır. Ümumiyyətlə, düşünürəm ki, ümummilli işlərimizdə şəxsi maraqlar kənara qoyulmalı və birlik istiqamətində fəaliyyət göstərməliyik.
Novruz Bayramı

Əziz soydaşlarımız! Sizi, VAD-ın 20 mart 2011-ci il tarixində keçirdiyi Novruz Şənliyinə dəvət edirik. Məkan – Ankara restoranı, Malmö şəhəri.
Davamında konsertin barəsində daha ətraflı məlumatın mövcud olduğu afişayla tanış ola bilərsiniz.
Seminar – 22 May Milli Qiyamı

May ayının 23-də İsveçin Malmö şəhərində 22 May Milli Qiyamın il dönümü ilə əlaqədar seminar keçiriləcək. Tədbirdə 22 May qiyamının səbəbləri, həmin qiyamda Azərbaycan qadınlarının rolu, qiyamın Quzey Azərbaycandakı təsiri və qiyamdan alınan nəticələr barədə olacaq. Tədbirdə məruzəçilər və mövzu başlıqları aşağıda qeyd edirik:
Davamı »
28 May Respublika Günü və Dərnəyin açılış Konserti

May ayının 28-i saat 18-00 da İsveçin Malmö şəhərində 28 May Respublika Günü və Vahid Azərbaycan Dərnəyinin açılış konserti olacaq. Aygün Bəylər və ansamblının iştirakı ilə təşkil olunacaq konsertə İsveçin bir sıra siyasi xadimləri, İsveçdə və Danimarkada mövcud olan Azərbaycan dərnəkləri, təşkilatları, diaspora təmsilçiləri və bir sıra qonaqlar dəvətlidir. Həmçinin Avropanın müxtəlif dövlətlərindən gələcək azərbaycanlı soydaşlarımız da tədbirdə iştirak edəcəklər. Tədbir pulludur.
Davamı »





